Ramil Usubov iki yeni rəis təyin etdi

 
Daxili işlər orqanlarında yeni təyinatlar olub. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin rəis müavini Elsevər Qədirov tutduğu vəzifədən azad edilərək Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin rəis müavini Bayram Alıyev isə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsinə təyinat alıblar.

Xəbərin vaxtı: 30-03-2016
Oxunma sayı: 97

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...