Elsevər Ağayevin nazir olmaq sevdası

 

Bu gün Azərbaycanda ən çox tənqid olunan nazirliklərdən biri və birincisi Səhiyyə Nazirliyidir. Həkim səhlənkarlığından tutmuş, həkim terroruna kimi, dərmanların keyfiyyətsizliyindən tutmuş "Aptek əməlliyyat"larına kimi bütün neqativ hallar yalnız Səhiyyə Nazirliyində müşahidə olunur. Bəs görəsən, ölkə mətbuatının gündəmindən mənfi mənada düşməyən ölkə səhiyyəsini mənfi mənaların yüksəkliklərinə qaldıran hansı məmurdur? 

Elsevər Ağayev - "ƏLİ İNSANOVUN" YADİGARI 

Məlum olduğu kimi, Əli İnsanovun həbsindən sonra bir ara Səhiyyə Nazirliyi kadr baxımından iflic vəziyyətə düşdü. Bütün bunlardan istifadə etməyi məharətlə bacaran Elsevər Ağayev kadrlarını nazirliyə yerləşdirməklə bərabər, ən yağlı yerləri də öz nəzarətinə götürməyi çox ustalıqla bacardı. Belə ki, səhiyyə nazirliyi sistemində kadr islahatı həyata keçirilən zaman ən mühüm postlara öz adamlarını yerləşdirdi. 

Milletinsesi.info-ya daxil olan məlumata görə, səhiyyə nazirliyində bu yaxınlarda bir neçə işçinin vəzifədən "vurulma" prosesinə start veriləcək. Bütün bu prosesin arxasında isə maraqlıdır ki, nazir Oqtay Şirəliyev yox, onun müavini Elsevər Ağayev dayanır. "Niyə, nə üçün" sualları bizim üçün nə qədər qaranlıqdırsa, bu suallar Elsevər Ağayev üçün bir o qədər aydındır...

Amma oxucularımıza AYDIN olmayan bir QARANLIQ məqamı da xatırlatmağı özümüzə borc bilirik; Elsevər Ağayev yeganə nazirlik yetkilisi və yeganə nazir müavinidir ki, hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovdan «yadigar» qalıb. Hər halda, iki nazirlə işləmək, iki bir-birinə zidd şəxsə müavinlik etmək də asan məsələ hesab olunmur. Lakin bu bizə asan məsəslə kimi görünməsə də, onun üçün ASANdır. Əgər asan olmasaydı, Elsevər Ağayev bu "çətinliklərə sinə gərməyi" bacarıb, hətta bu gün səhiyyə nazirliyini yönəldən əsas fiqur kimi diqqət mərkəzinə də çıxaa bilməzdi.
  
Daxil olan dıgər məlumatlara görə, naizirliyin və və şəxsən Səhiyyə Naziri Oqtay Şirəliyevin mətbuatda bu qədər vurulmasının da arxasında məhz Elsevər Ağayev dayanır.
 
DƏRMAN BİZNESİ...

Bu gün səhiyyə sistemində ən gəlirli sahə hesab olunan dərman biznesinə Elsevər Ağayev nəzarət edir. Onun əsas iş ortaqlarından birinin və bir neçəsinin isə Milli Məclisin deputatları olduğu bildirilir. (Bu barədə növbəti yazılarımızada) Bunlar azmış kimi, Elsevər Ağayev bu gün həm də nazirliyin kadr siyasətini də müəyyən edir, həm də... Bu barədə danışan mənbəmiz vurğulayır ki, Elsevər Ağayev hətta bir zamanlar Oqtay Hirəliyevin məhz Əli İnsanovun adamı kimi işdən qovduğu şəxslərdən birini də səhiyyə sisteminə bərpa edib. Hər halda, bunu nazir müvininin keçmiş rəhbərinə sədaqəti kimi də qəbul etmək olar… 

OLİQARX MÜAVİN NAZİRƏ MEYDAN OXUYUR...

Mənbənin sözlərinə görə,  E.Ağayev nazirliyi və nazirliyin nəzdində olan qurumları de-fakto nəzarətinə götürüb. Bununla yanaşı, onun özəl xəstəxanalara və tibb müəssisələrinə əl qoyduğu da iddia edilir. Faktiki özəl klinikaların lisenziya məsələsini Elsevər Ağayev əlində biznes kimi saxlayır və buna görə özəl klinika rəhbərlərinə istədiyi kimi təzyiq edə bilir. 

Mənbə bildirir ki, hazırda nazirlikdə olan bəzi şəxslərlə Elsevər Ağayev arasında aptek biznesi uğrunda uzun illər davam edən münaqişə yenidən aktuallaşıb. Hətta nazir Oqtay Şirəliyev belə, hazırda Elsevər Ağayevin qarşısında dayana biləcək gücdə deyil. Belə ki, müavini nazirə qarşı faktiki itaətsizlik nümayiş etdirir, özünü səhiyyə naziri kimi aparır. Onun bütün xəstəxana müdirlərinə, özəl tibb müəssisələrinə və apteklərə "haqq" qoyduğu iddia olunur.  

Mənbənin sözlərinə görə, nazir dəfələrlə Elsevər Ağayevlə bağlı müvafiq qurumlara və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Amma hələ də E.Ağayevə qarşı heç bir ciddi tədbir görülməyib. 

Bildirilir ki, E.Ağayev Cənubi Qafqazda ən böyük dərman deposuna sahib olan "Avromed” dərman şirkətini himayə edir (şirkətin faktiki idarəçiliyi deputat Cavanşir Feyziyevin əlindədir). Bununla yanaşı, E.Ağayevin birbaşa nəzarətində olan nəhəng aptek şəbəkəsi var. Səhiyyə naziri Oqtay Şirəliyev isə faktiki olaraq dərman biznesindən kənarda qalıb. Bu səbəbdən də O.Şirəliyev antikorrupsiya kampaniyasının növbəti dalğasında müavini ilə olan problemi tam çözmək, ondan qurtulmaq qərarına gəlib.  

Nazir müavini vəzifəsini itirə bilər...

Onu da qeyd edək ki, nazir müavini həmçinin dərman sektorundakı önəmli şirkətlərdən də bir neçəsinə nəzarət edirdi. Eyni zamanda, nazir müavininin adı tikinti sektorunda da çəkilir. Bütün bunlar isə nazir müavini ilə bağlı ciddi araşdırmalara səbəb olub və bu, yaxın zamanlarda iqtidarın daha bir oliqarxla vidalaşacağını, nazir müavini ilə bağlı "düyün"ü çözəcəyini qaçılmaz edib. 

Nazir müavinin adının gündəmə gəlməsi isə təsadüfi deyil. Xatırladaq ki, ötən illərdə sabiq təhsil naziri Misir Mərdanovla müavinləri arasında yaşananlar da bu tip hadisələrdən idi. Həmin ərəfədə yayılan informasiyalarda vurğulanırdı ki, nazir prezidentə müraciət edərək müavinlərinin ona itaətsizlik göstərdiyini bildirib. Bu müraciət isə nazir müavinlərinin vəzifəsini itirməsi ilə nəticələnmişdi. 

Elsevər Ağayev "MTN işi”ndə - Çovdarovdan alınan tapşırıq

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Baş Prokurorluqda "MTN işi” ilə bağlı dindirilməsi ilə bağlı mətbuatda xeyli yazı tirajlanıb. Məlumatda deyilirdi ki, nazir müavininin dindirilməsinə səbəb "Apteklər idarəsi”nin – Səhiyyə Nazirliyinin Əczaçılıq və Tibbi Sənaye Birliyinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub.

Xatırladaq ki, hələ bir müddət əvvəl "Azadlıq” qəzeti Adil Məmmədovun (adını gizli saxlamaqla) baş prokurorun 1-ci müavini Rüstəm Usubova yazdığı şikayət məktubunu hələ dekabrın 24-də dərc etmişdi və "MTN işi”nin Səhiyyə Nazirliyinə sıçraya biləcəyini yazmışdı.

A.Məmmədov "Azadlıq” qəzetinə çatan müraciətində yazıb ki, onun vəzifədən azad olunmağı haqda ərizəsini MTN-in idarə rəisi Akif Çovdarovun hədə-qorxusu ilə Elsevər Ağayev şəxsən öz kabinetində alıb. Ərizə heç yerdə qeydiyyatdan keçmədən və kollegiya iclasına çağırmadan o, işdən azad olunub…

Bundan əvvəl isə özünü MTN-in işçisi kimi təqdim edən Azər adlı şəxs onu nazirliyə çağırıb. O da bu barədə E.Ağayevə məlumat verib. E.Ağayev isə ona: "Get, yəqin pul istəyirlər, apar ver, yoxsa sənin işin ağır olar”, - deyib.

A.Məmmədov müraciətində qeyd edir ki, demə, E.Ağayevin bu işdən xəbər varmış və özü bu işi "Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi” MMC-nin direktoru Əbülfəz Abdullazadə ilə birgə qurubmuş.

Verilən məlumata görə isə Adil Məmmədov ərizəsində göstərib ki, 2006-cı ildə MTN generalı Akif Çovdarov onu yanına çağıraraq, vəzifəsində saxlanması üçün ondan "ümumi kassaya” hər il 1 milyon dollar pul köçürməsini istəyib.

 A.Çovdarovla görüşdən dərhal sonra A.Məmmədov birbaşa kuratoru olan nazir müavini E.Ağayevə zəng edib və ondan nə etməli olduğu haqda məsləhət istəyib. E.Ağayev isə onun sualına sualla cavab verib: "Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?”.

Amma A.Məmmədov tələb olunan pulu verməkdən imtina edib və təxminən bir həftə sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Xəbərin vaxtı: 23-03-2016
Oxunma sayı: 103

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...