Hay-hayı gedən, vay-vayı qalan millət

 
http://milletin-sesi.info/uploads/posts/2016-03/1458364258_behlulorucoglu.jpg

Bəhlul Orucoğlu

Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvü,

Qarabağ müharibəsi veteranı, ehtiyatda olan

Ədliyyə-mayoru şair-publisist.


MTN yalnız haqq-ədalət uğrunda mübarizə aparan "ünsürləri" görüb və onlara qarşı "mübarizə" aparıb


Ölkə həqiqətlərini ictimaiyyətdən gizlətmək üçün hakimiyyəti zəbt etmiş bir qrup mafioz dəstənin uzun illər (23 il) ərzində iqtisadi inkişafdan, vətandaşlarınhəyat səviyyəsinin yüksəlməsindən,ixrac və idxaldakı uğurlardandanışıb, yalan vədlərlə, rəqəmlərlə öz vətəndaşını aldatması, çaşdırması faktları mətbuatda dəfələrlə işıqlandırılıb.

Neftin dünya bazarında qiymətinin 4 dəfə ucuzlaşması, Azərbaycan məmurlarının yalanlarını ifşa edərək, heç bir iqtisadi inkişafın olmadığını, vətandaşlarınsəfil vəziyyətdə olduğunu aşkar etdi.

İndi reallıq budur ki, Azərbaycan xarici və daxili borcun məngənəsində sıxılır. Hər ailə borcla yüklənib. Az qala bütün insanların banklara, qohumlara, mağazalara borcu var. Rəsmi statistikaya istinad etsək, vətandaşların banklara 22 milyard borcu var. Adambaşınadüşən daxili borc 2400 manat, xarici borc isə 750 dollar, yəni 1178 manatdır. Beləliklə, ölkədə adambaşına düşən ümumi borc 3578 manat təşkil edir.

Bu isə maaşı 150-200 manat civarında olan müəllim və həkimlərin təxminən 2 illik maaşı qədərdir. Bu da Azərbaycan məmurlarının tərənnüm etdiyi "analoqsuz inkişaf"ın göstəricisidir.

Milli Şuranın sədri, professor Cəmil Həsənli deyir: "Hakimiyyətdə olanlar neftdən gələn milyardlarıbölüşdürməyi dövləti idarə etmək kimi başa düşürmüş". Rəsmi məlumatlara görə, təkcə neftdən Azərbaycan son 15 ildə 141 milyard dollar qazanıb. Bu pulların 25 faizi gələcək nəsillərə saxlanmalıydı, reallıq isə onu göstərir ki, gələcək nəsillər borclu doğulur.

Hakimiyyəti yağmalayan bir qrup məmurların neftdən gələn milyardların müəyyən hissəsini pay-puş edib ofşor zonalara ötürmələri:

- Ancelina Coli, Ledi Qaqa kimilərinin Bakıda bir-neçə saat oxumasına 2-3milyon dollar verilməsi;

- 20 milyon dollar verib hansısa Avropa futbol komandasının maykasına bir neçə oyunluq "Azərbaycan" yazdırmaq və s.

Bir qrup antimilli, antidemokratik xarakterli şəxslərin Azərbaycanda dövlət siyasətini bütün sahələrdə xalqı soyub-talamağa, hər baxımdan yoxsullaşdırmağa yönəltməsi də bu tip anormallıqların təzahürüdür.

Prezident İlham Əliyev bütün çıxışlarında məmurların xalqın xidmçətçiləri olması barədə söylədikləri, korrupsiyavə rüşvətxorluğa qarşı mübarizəni daha da gücləndirilməsi üçün göstərdiyi çabalar çox təəssüflər olsun ki, onun komanda üzvləri tərəfində heç də birmənalı qarşılanmır. Bu səbəbdən də məmurların haqsızlığına dözməyib haqq-ədaləti qorumaq üçün səslərini qaldıranları ünsür(antipod) adlandırıb, qondarma ittihamlarla həbs elətdirib, cəza çəkmə müəssisələrində işgəncələrə məruz qoyurlar.

Məlum MTN olayları bunu açıq şəkildə ortaya qoydu. Bölgələrdə insanların əllərində ümummilli lider Heydər Əliyevin və olkə başçısı İlham Əliyevin portretlərin tutaraq etiraz aksiyaları keçirməsi də, hakimiyyətdən yox, yerli məmurların özbaşınalığından etirazın təzahürüdür.Prezident İ.Əliyevin məlum sərəncamı ilə ləğv olunmuş MTN son 11 ildə insanlara (iş adamlarına) işgəncə verib, sərvətini (malını-mülkünü) əlindən alan quldur dəstəsinə çevrilməsi də, məmur özbaşınalığının bariz nümunəsidir.

Prezident İlham Əliyevin, "heç kim toxunulmaz deyil" çağırışı və bu gün həyata keçirilən kadr islahatları da, məmur özbaşınalığına qarşı mübarizənin göstəricisidir. Deyəsən, o dövürdə MTN yalnız haqsızlığa dözməyib, haqq-ədalət uğrunda mübarizə aparan "ünsürləri" görüb və onlara qarşı "mübarizə" aparıb. Lakin atalar deyib: "Haqq nazilər, ancaq üzülməz".

Ictimaiyyət üçün hələ də qaranlıq qalan, quldur dəstəsinin əsas üzvlərinin və onlarla əlaqəli şəxslər cəzalansa da (həbs olunsa da), quldurbaşlıEldar Mahmudovun azadlıqda qalımasıdır.

Bir vaxtlar ölkədə turizmin inkişaf etdirilməsini vacib sayan mədəniyyət və turizm nazirinin kişi cinsindən olub, kişiyə ərə gedən müğənni Elton Conun Bakıya qastrola dəvət etməsi, Azərbaycan xalqının mənəviyyatınıncılızlaşması və bəzi məmurların bu işdə maraqlı olmalarının təzahürü deyilmi?

Prezident I.Əliyevin etibar edib vəzifəyə gətirdiyi bəzi məmurların özbaşınalığı, vəzifə hərisliyi, vəzifələrindən sui-istifadə nəticəsində Bakı şəhərini öz yaxınları və ətrafı üçün əyləncə mərkəzinə çevirmək məqsədiylə neftdən gələn milyardların bir hissəsini pay-puş edib, A.Colilərə, L.Qaqalara, E.Conslara və s. xərcləməsəydilər bu gün məmləkətimizdə tamamiylə başqa bir mənzərə ortada olardı.

Ölkədə işsizlər ordusu yaranmazdı. Bu məmur çetesi xalqa yuxarıdan aşağı baxıb, haqq səsini qaldıranları zindanlaraatmaqla, ümumilikdə ölkəyə təcrübə meydanı kimi baxmasaydılar bugün ölkəmiz acınacaqlı iqtisadi-siyasi, ictimai-sosial duruma düşməzdi, vətəndaşlarımızborc içində çabalamazdı ( eyni zamanda bu sətirləri yazan müəllif də) çıxış yolu; ya hakim komanda operativ olaraq islahatlar keçirib, müəyyən güzəştlər etməli, ya da xalq öz haqqını tələb edib, son sözünü deməlidir.

Çünki millətin 80-90 fazinin hayı gedib, vayı qalıb! Ölkədə mütəmadi olaraq baş verən intihar hadisələri, cəbhə bölgələrində gərginliyin artması, hərbiçilərimizin şəhid olması hallarının çoxalması, ümumi vəziyyətimiz haqqında bir SOS siqnalıdır.

Prezident İlham Əliyevin son zamanlar yaranmış vəziyyətlə bağlı yeritdiyi siyasət, həyata keçirdiyi islahatlar,onu deməyə əsas verir ki, ölkəmiz bu çətin dirumdandaçıxa biləcək, bir şərtlə ki, mövcud vəziyyətin yaranmasındabilavasitə rolu olan məmurlar maneə yaratmasınlar.

 

 



Xəbərin vaxtı: 19-03-2016
Oxunma sayı: 109

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...