Daxili İşlər Nazirliyinin səyyar xidməti bölgələrdə fəaliyyət göstərib

 
Daxili İşlər Nazirliyinin (DİN) səyyar xidməti Gəncə, Bərdə, Sabirabad, Saatlı, İmişli, Ağdaş, Qəbələ, həmçinin paytaxtın Qaradağ şəhər və rayonlarında vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri qəbul edib.
 
Nazirliyin mətbuat xidmətindən Milletinsesi.info-ya verilən məlumata görə, polis idarə və şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə baş tutan səyyar xidmətlər zamanı Gəncə şəhərində 329, Bərdə rayonunda 289, Sabirabad rayonunda 469, Saatlı rayonunda 1031, İmişli rayonunda 1794, Ağdaş rayonunda 823, Qəbələ rayonunda 216, Qaradağ rayonunda 206, ümumilikdə, 5200-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri qəbul edilib. 
 
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.  


Xəbərin vaxtı: 15-03-2016
Oxunma sayı: 130

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...