Prezident İlham Əliyev “Multikulturalizm ili” ilə bağlı sərəncam imzaladı

 
Prezident İlham Əliyev "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Milletinsesi.info xəbər verir ki, sərəncamla "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilib.

Bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müəyyən edilib.

Nazirlər Kabinetinə "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbərin vaxtı: 11-03-2016
Oxunma sayı: 28


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: