Aqil Abbas: “Ermənistanla sərhəd-keçid məntəqələrimiz bərpa oluna bilər”

"Sərhəd-keçid məntəqələrinin sayının artırılması heç də birmalı olaraq Azərbaycan tərəfindən asılı məsələ deyil. Bu keçid məntəqələri ikitərəfli danışıqlar nəticəsində iki dövlət arasında əldə olunmuş razılığa əsasən artıtırla bilər”.

Bu sözləri Milletinsesi.info saytına açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.

"İranla dəfələrlə keçid məntəqlərinin sayının artırılması istiqamətində danışıqlar aparılıb. Məsələn, Yardımlıdan, Lerikdən Ərdəbilə olan məsafə 40 kilometrə yaxın bir yoldur. Orada həmçinin normal asfalt yol da var. İndi sadəcə olaraq qalır İran tərəfinin buna razılıq verməsi məsələsi.
Hətta İranla sərhəddə Füzuli rayonu ərazisindən – Horadiz şəhərindən də sərhəd-keçid məntəqəsinin açılması məsələsi var. Horadizlə üzbəüz ərazidə - sərhəddin o tayında İranın Aslandüz şəhəridir.

O cümlədən bu gün Gürcüstan və Rusiya ilə 2 sərhəd-keçid məntəqəmiz var. Azərbaycan təbii ki, istəyər ki, qonşu dövlətlərlə olan sərhəd-keçid məntəqələrinin sayı artırılsın. Qarşı tərəflərin hələ ki, razılıq verməməsi bu gün yeni keçidlərin açılmasına mane olur.

İranın Azərbaycana səfər edən rəsmiləri - xarici işlər nazirləri səviyyəsində yeni bir qapının - sərhəd-keçid məntəqəsinin açılmasına razılıq verilib və bu istiqamətlərdə işlər gedir".

Deputat hesab edir ki, əgər Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsa, Ermənistanla münasibətlər qarşılıqlı şəkildə təmin olunsa, həmin dövlətlə də sərhəd-keçid məntəqələri bərpa oluna bilər:

"Sovetlər dönəmində Ermənistanla da sərhəd-keçid məntəqələrimiz olub. Bunlardan biri də Cermux yolu idi. Kəlbəcərdən İstisuya keçərək, oradan Cermux istiqamətində gedə bilirdin. Digər istiqamət isə Laçından idi. Ermənistanla sərhəddə Qayıl qəsəbəsi də var idi. Digər sərhəd-keçid məntəqəsi isə Qubadlıdan idi. Zəngilandan isə dəmiryol xətti istiqamətində Ermənistanla sərhəd-keçid məntəqəsi var idi.

Təbii ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsa və işğal olunmuş torpaqlarımızı işğaldan azad etdikdən sonra əgər Ermənistanla münasibətlərimiz iki qonşu dövlət münasibətləri səviyyəsində olsa, sərhəd-keçid məntəqələri bərpa oluna bilər".


Xəbərin vaxtı: 01-03-2016
Oxunma sayı: 48

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: