Dadlı ərikli tort

 
Ərik yaz aylarındakı ən çox sevilən meyvə növlərindədir. Keks və tort bişirilərkən ərikdən çox vaxt istifadə edilir. Ən əsasda bu tortu təkcə yaz aylarında deyil, hətta qış aylarında da ərik qurusundan istifadə edərək hazırlaya bilərsiniz.

Sizin üçün "Ərikli” tortun reseptini təqdim edirik.

Ərzaqlar

1 ədəd hazır sadə tort keksi
1 stəkan un
4 stəkan süd
1 stəkan şəkər tozu
200 qram marqarin yağı
1 ədəd sürtgəcdən keçirilmiş limon qabığı
1 ədəd yumurta sarısı
1 paket vanil
1 kasa doğranmış ərik
1 stəkan qoz ləpəsi

Bəzəmək üçün sous

4 xörək qaşığı su
4 xörək qaşığı şəkər pudrası
4 xörək qaşığı kakao
2 xörək qaşığı marqarin yağı

Hazırlanma qaydası

İlk olaraq un, süd, şəkər və yumurta sarısını yaxşıca bir yerdə qarışdırmaq lazımdır. Daha sonra marqarin yağını ocaqda bir az isidib, vanil və sürtgəcdən keçirilmiş limon qabıqlarını əlavə edib mikserlə qarşıdırılır.

Keksimizin ilk hissəsini qaba qoyaraq hazırladığımız kremi üzərinə çəkirik. Daha sonra ərik və qozları da əlavə edirik. Digər keksi üzərinə qoyuruq. Tortun özünü tutmaq üçün soyuducuda təxminən 20 dəqiqə qalması lazımdır.

Tortumuzu soyuducudan götürdükdən sonra üz hissəsi üçün hazırladığımız sousu üzərinə çəkirik. Tortu bir müddət yenə soyuducuda saladıqdan sonra süfrənizə çəkə bilərsiniz.


Nuş olsun

Xəbərin vaxtı: 20-02-2016
Oxunma sayı: 178

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...