Kakaolu və armudlu keks

 
Şirniyyat sevənlərin könlünü fəth etmək üçün onları bol şirniyyatlı çay süfrəsinə dəvət etmək yetər. Amma elə bir şirniyyat təklif etməlisiniz ki, dadı da unudulmaz olsun. Bir düşünün, kakau üzərinə armud dilimləri düzülmüş, təzə bişmiş bir piroqdan kim imtina edə bilər.

Siz də belə bir şirniyyat resepti axtarışındasınızsa, o zaman ANS PRESS-in sizə təqdim etdiyi armudlu keksi sınayın.

Hazırlanması üçün çox da ərzaq lazım olmayan bu keks ağız dadınızı dəyişəcək və sizə xoş əhval ruhiyyə bəxş edəcək. Vaxtınızın azlığından şikayət edirsinizsə, həm vaxtınıza, həm də cibinizə qənaət edərək bu şirniyyatı hazırlayın.

Lazım olan ərzaqlar:

2 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
½ stəkan duru yağ
½ stəkan qatıq
½ stəkan kakao
1 ədəd qabartma tozu
1 çay qaşığı soda
2 stəkan un

Üzəri üçün:

2 ədəd armud

Hazırlanma qaydası:

Yumurtaları köpənə kimi çalxalayın. Şəkər əlavə edib qabarana kimi çalmağa davam edin. Süd, qatıq, duru yağı əlavə edərək, üzərinə kakao, un, qabartma tozu və sodanı əlavə edib yaxşıca qarışdırın.

Yağlanmış ortaboy normal yuvarlaq bir qaba tökün. Armudların qabığını soyub alma dilimi şəkilində incə dilimləyin. Armud dilimlərini istədiyiniz şəkildə xəmirin üzərinə düzdükdən sonra 180 dərəcədə bişirin. Bişdikdən sonra üzərinə şəkər pudrası səpərək süfrəyə verə bilərsiniz.



Armudu bu cür də dilimləyib xəmirə yerləşdirə bilərsiniz.

Xəbərin vaxtı: 20-02-2016
Oxunma sayı: 86


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: