“Səhliyalı”dan kiflənmiş kolbasa: şok faktlar

“Səhliyalı”dan kiflənmiş kolbasa: şok faktlar
 

Bakıda daha bir kolbasa şirkətinin əhalini aldatması ifşa olundu.

Milletinsesi.info bildirir ki, TİA.AZ-ın məlumatına görə, "Səhliyalı” şirkətinə aid "1000 bərəkət, halal nemət” markasının kiflənmiş kolbasası aşkarlanıb.

Bu haqda görkəmli sənətkar Yaşar Nurinin adına olan Feysbuk səhifəsində həmin məhsulun şəkli yayımlanıb. Səhifənin admini bu şəkli sosial şəbəkə istifadəçisi olan xanımlardan birinin yaydığını qeyd edib. O, alıcıları diqqətli olmağa çağırıb.

Fotodan da görünür ki, sözügedən firmanın kolbasa məhsulu kiflənib. Ancaq bunun firmanın yoxsa mağazanın təqsiri olduğunu aydınlaşdırmaq rəsmi qurumların üzərinə düşür.

Bir müddət əvvəl də şirkətin "Sacüstü sosiskaları” markasından qurd çıxmışdı. Hər iki marka "Səhliyalı” şirkətinin istehsalıdır.

Hətta rəsmi "Yeni Azərbaycan” qəzeti də bu şirkətdən yazmışdı. Qəzetin yazdığına görə, «Halal Nemət, Min Bərəkət» ticarət nişanı ilə kolbasalar istehsal edən «Səhliyalı» müəssisəsi saxta məhsullar buraxır. Belə ki, məhsulların üzərində «Qafqaz Müsəlmanları İdarəsi təminat verir» ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir.

Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında «Səhliyalı»nın adı yoxdur. Qəzetin yazdıqlarına görə, kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmişə farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.

Qeyd edək ki, bir müddət öncə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında kolbasa məhsullarının keyfiyyəti ilə bağlı apardığı monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən "Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan məhsulların etiket göstəricilərinə uyğun olmadığı aşkar edilib.

Bundan əlavə kolbasa və sosiska məhsulları mövcud reseptə uyğun hazırlanmır. Məhsulların markalanması da tələblərə cavab vermir. Həm də məhsullara yararlılıq müddəti bitmiş duz və sair materiallar qatırlar. İstehlakçılar sözügedən müəssisənin istehsal etdiyi kolbasa və digər ət məhsullarının keyfiyyətindən razı qalmadıqlarını bildirirlər. İstehlakçıların əksəriyyəti bildirir ki, aldıqları kimi də zibil qutusuna atmaqları bir olur. Kolbasadan xoşagəlməz dad hiss edən alıcılar dəfələrlə aldıqları kolbasadan imtina ediblər.

 

«Səhliyalı» firmasının «halal nemət min bərəkət» markalı bəzi kolbasalarının tərkibinə donuz əti və piyi qatıldığı iddia olunur: Məsələn, «Bibərli bişmiş əla növ» kolbasalarının tərkibində damarlardan təmizlənmiş bir növlü mal əti, toyuq əti, mal piyi, qırmızı bibər, xörək duzu, natrium nitrit, nişasta, qarışıq ədviyyatların olduğu qeyd olunsa da, əslində bu məhsulların tərkibinə donuz əti və donuz piyi qatılır. Və həmin məhsullar «halal» adı ilə istehlakçılara satılır. Görünür, şirkət rəhbərliyi həyata keçirilən yoxlamalardan heç bir nəticə çıxarmayıb.

«Səhliyalı» firması «Ləziz bişmiş» kolbasa istehsal edir. Firma rəsmiləri iddia edir ki, bu kolbasa növünün tərkibində mal əti, toyuq əti, mal piyi, yaglı quru süd, yumurta, nişasta, xörək duzu, natrium nitrit, təbii ədviyyatlardan istifadə olunur. Mənim bildiyimə görə isə bu kolbasalara vurulan ət yerli məhsul deyil. Həmin məhsulların istehsalında xaricdən gətirilən camış əti, donuz piyi və ətindən istifadə olunması danılmazdır. «Səhliyalı»nın «halal nemət min bərəkət» markası ilə halal adı altında satışa çıxardığı kolbasaların tərkibinin yarısını soya komponenti təşkil edir. Həmin məhsulun 90%-i genetik modifikasiya olunub. Hər nə gəldi necə gəldi kolbasalara qatılır».

Məlumat üçün bildirək ki, 1 avqust 2012-ci il tarixindən ölkəmizdə halal standartı tətbiq olunmağa başlayıb. AZS 372-2012 "Halal” ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər” dövlət standartı "Halal” markası ilə satışa buraxılan ət məhsullarına şamil edilir və bu məhsulların istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələbləri müəyyən edir.

Standarta əsasən "halal” ət məhsullarının istehsalı məhsulun keyfiyyəti və təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tələbləri əsasında təşkil edilməli, hazır məhsulun keyfiyyət və təhlükəsizlik göstəriciləri qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olmalıdır. "Halal” ət məhsullarının istehsal proseslərində bu məhsulların istehsal xüsusiyyətlərini bilən və onlara ciddi riayət edən, xüsusi təlim keçmiş işçilər işləməlidir.

Standarta əsasən kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır. Heyvanların əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi məsləhət görülmür. Mənbənin məlumatından isə belə görülür ki, «Səhliyalı» firması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standartlara, eləcə də müvafiq qanunların tələblərinə məhəl qoymur.

Odur ki, komitə sədri Ramiz Həsənov və digər aidiyyəti dövlət qurumlarının rəsmiləri «Səhliyalı» firmasında təcili yoxlamalara start verməlidir. Şirkət 1996-cı ildə bazarda iri ət təchizatçısı kimi fəaliyyətə başlayıb. Şirkətin emblemindeki BS loqotipi Bəşirov Səhliyalı ad-soyadının baş hərflərindən götürülüb. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

1455689199_01 (1)



Xəbərin vaxtı: 17-02-2016
Oxunma sayı: 26

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: