Bakıdakı davada bıçaqlanan polis kapitanı polkovnik oğlu olub

 
 

Fevralın 1-dən 2-nə keçən gecə Sabunçu rayonu ərazisində yerləşən "Emin” kafesində qanlı dava olub.


Sabunçu Rayon Polis İdarəsindən Milletinsesi.info-ya verilən məlumata görə, gecə saat 00.59-da 102 xidmətinə İlham Bəykişi oğlu Məmmədov soyadlı bir nəfər zəng edərək bildirib ki, adıçəkilən kafenin işçiləri ona bıçaqla hücum ediblər.


Sabunçu RPİ-nin 5 nəfər əməkdaşı dərhal hadisə yerinə yollanıb. Amma kafedə polislərlə müştərilər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb. Nəticədə üç polis əməkdaşı - kapitan Ağaəli Ələkbərov, baş serjant Elnur Şərifov və serjant Bəxtiyar Abbasov müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hər üçü 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Buna baxmayaraq, polisə hücum edənləri yaxalamaq mümkün olub. Onlar Beyləqan sakinləri - əvvəllər məhkum olunmuş və polisə zəng etmiş, 1986-cı il təvəllüdlü İlham Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Muradov və 1986-cı il təvəllüdlü Ceyhun Məlikovdur.


 

 

Bakının Sabunçu rayonundakı "Emin” kafesində bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyi (DİN) Təchizat İdarəsinin rəis müavini, polkovnik Əkbər Ələkbərovun oğludur. A.Ələkbərov DİN-in hospitalına yerləşdirilib.


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.



Xəbərin vaxtı: 02-02-2016
Oxunma sayı: 83

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...