"NBC bank" rəhbərliyi əhalinin bu vəziyyətində pul qazanmaq istəyir


Manatın üzən məzənnəyə keçidindən sui-istifadə edən NBC bank əmanətçilərin dollarla olan depozitini qaytarmır.Bu haqda verilən məlumatda qeyd olunur. Manatın devalvasiyasından qabaq banka dollarla depozit qoyanlar pulunu geri ala bilmir. Bank rəhbərliyi əmanətçilərə depozitin yalnız manat ekvivalienti ilə qaytarıla biləcəyini açıqlayıb. Bu da əmanətçilər arasında ciddi narazılıq doğurub.

Milletinsesi.info bildirir ki,Onlardan birinin sözlərinə görə, 5 ay əvvəl dollarla qoyduğu depoziti eyni valyuta ilə ala bilmir: "Bizə deyilir ki, pul yoxdur. Dollarla depozit qoyularkən 3-4 faizlə müqavilə bağlanıb. İstənilən zaman da əmanətçi pulunu ala bilər. Əgər bir illik bankda qalırsa, faiz də götürürsən. Ancaq indi deyirlər ki, manatla qaytara bilərik. Mən dollarla depozit qoymuşamsa, niyə manatla almalıyam? Üstəlik, bank rəhbərliyi Mərkəzi Bankı ittiham edir.

Guya Mərkəzi Bank onlara dollar vermir. Halbuki reallıqdır ki, banklar əlaltından dollar satırlar. Sadəcə, NBC bank rəhbərliyi əhalinin bu vəziyyətində depozitdən pul qazanmaq istəyir”. Qeyd edək ki, NBC bank 1992-ci ilin dekabr ayının 17-də «Ruzi» Bank SKB olaraq yaradılıb. Hazırda NBC bankın təsisçisi «Nurgün Qrup» MMM-dir. Məlumata əsasən, Mərkəzi Bank devalvasiyadan sonra dolların satışı ilə bağlı apardığı montiorinqlər zamanı adıçəkilən bankın valyutadəyişmə məntəqələri ilə bağlı da ilginc faktlar aşkarlayıb. Hətta bankın bir neçə valyutadəyişmə məntəqəsinin qapadıldığı söylənilir. Azərbaycanda manatla kreditləşməni dayandıran ilk banklardan biri olan NBC bankın hesabatlarında hazırda müəmmalı məqamlar var.

Çünki faktiki olaraq «Nurgun Qrup» MMM-in təsisçisi olduğu şirkətlərdə vergi və maliyyə yoxlamaları ilə bağlı olaraq müəmmalar dolaşmaqdadır. Qeyd edək ki, «Nurgün Qrup» MMM-in sahibi iş adamı Nuru Əhmədovdur. (azerbaycaninfo.az) Biz də Qafqaznews.az saytı olaraq bu məsələni araşdırmaq üçün NBC Bank ilə əlaqə saxladıq. Telefonumuza cavab verən müştəri xidmətləri departamentinin şöbə müdiri Aynur İsmayılova suallarımıza cavab olaraq bildirdi ki, "Elə bir şey yoxdur, ola bilər, müraciət edilən tarixdə kassada həmin valyuta olmayıb və deyiblər ki, manatla verək. Razılaşsalar verilər, razılaşmasalar gözləyərlər. Vətəndaşların şikayəti varsa baş ofisə gəlsinlər müraciət etsinlər.

Onlara lazımi köməklik göstəriləcək. Vətəndaşın depoziti dollarladırsa, həmin kursla da ödəniləcək”, – deyə A.İsmayılova bildirdi. Biz bu məsələ ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə əlaqə saxladıq. "Bankın ixtiyarı yoxdur elə bir şey eləməyə. Vətəndaş hansı valyuta ilə əmanət qoyubsa, indi də həmin valyutaya uyğun olaraq pulunu götürməlidir. Əgər verilmirsə, bu müqaviləyə ziddir və vətəndaş bankı məhkəməyə verə bilər”, – deyə Mirvari Qəhrəmanlı cavab verdi. 

Xəbərin vaxtı: 22-01-2016
Oxunma sayı: 23


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: