Gəncə Dövlət Universitetində ilginc senzura...


 Gəncə Dövlət Universitetində tələbələrə təzyiq olunur. Bu barədə Milletinsesi.info-ya elə GDU-da təhsil alan 1-ci kurs tələbələrindən biri məlumat verib.

Onun iddialarına görə, bu gün Azərbaycanda ən bərbad təhsilin GDU-da verilməsinə baxmayaraq, burada rüşvət də adi hala çevrilib.
Mənbənin Milletinsesi.info-ya söylədikləıri: "Elə buna görə də bu gün GDU tələbələrinə dekanlar tərəfindən dərt xəbərdarlıq olunub. Əgər kimsə hansısa mətbu orqana, jurnalistə açıqlama verərsə, şikayət edərsə, dərhal GDU-dan kənarlaşdırılacaq. Biz bilirik ki, bu gün qanunlarımız hansısa tələbənin qovulmasına imkan vermir.
Amma onu da bilirik ki, GDU-nun müəllimləri tələbələri qovulmadan da betər duruma sala bilərlər. Çünki buralara nəzarət edən bir qurum yoxdur.
Artıq GDU-da baş verənlərlə bağlı təhsil nazirliyinə 2 dəfə teleqram vurmuşuq. Ümid edirdik ki, nazirlik reaksiya verəcək, amma hələ də bir xəbər yoxdur.
Ona görə də qərara gəlmişik ki, bu həftə Gəncə şəhər icr hakimiyyətinin başçısına müraciət edək. Başqa bir yolumuz qalmayıb. Kimsə GDU-da baş verənlərin qarşısını almalıdır".
Qarşı tərəfi də dinləməyə hazırıq... 

Xəbərin vaxtı: 18-01-2016
Oxunma sayı: 43

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...