İstiqlal Muzeyində “Vətən şəhidləri ilə ucalır” adlı sərgi keçiriləcək

Azərbaycan İstiqlal Muzeyində "Vətən şəhidləri ilə ucalır” adlı sərgi keçiriləcək.

"Milletinsesi.info" "Report"-a istinadən xəbər verir ki, yanvarın 15-də təşkil olunacaq sərgi Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiqlənən "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil olunacaq.

Tədbirdə Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 40-a yaxın rəsm əsərləri nümayiş etdiriləcək. 

Eyni zamanda, şagirdlərin hazırladığı bədii kompozisiya nümayiş olunacaq və 20 Yanvar faciəsinə həsr olunan filmlər göstəriləcək, şəhidlərin şəxsi əşyaları sərgilənəcək.


Xəbərin vaxtı: 14-01-2016
Oxunma sayı: 70

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...