Ağdamın keçmiş məktəb direktoru nazirə ŞOK MÜRACİƏTDƏ BULUNDU

Ağdamın keçmiş məktəb direktoru nazirə ŞOK MÜRACİƏTDƏ BULUNDU
Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarova
Azərbaycan Respublikasının Maliyyə Naziri cənab Samir Şərifova
Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova
ünvanlanmış və müəllifi Ağdam rayon Hacıturallı kənd orta məktəbin keçmiş direktoru olan Sevil Qarayevanın şikayət ərizəsinin bir nüsxəsi də Milletinsesi.info-ya daxil olub. Redaksiyamıza daxil olan müraciətin mətnində deyilir:

Milletinsesi.info bildirir ki,"Ağdam təhsilini bazara çevirən adamlar onsuz da ağır durumda olan rayon təhsilini daha acınacaqlı vəziyyətə salıblar. Rayonun 19, 34, 78, 85, 87, 93 saylı məktəblərinin şagirdləri olmadığı şəraitdə, "şagird alveri” əsasında fəaliyyətinə şərait yaradılır və külli miqdarda dövlət vəasiti mənimsənilir. Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında Ağdam təhsil şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev rayon sakini Səbahət Əmirovadan 15 min manat pul alaraq Təhsil Nazirliyi ilə razılaşdırılmadan 87 saylı köçkün tam orta məktəbinə direktor təyin etmişdir. Yenicə direktor təyin olunan Səbahət Əmirova 15 min manatı daha tez qazanmaq məqsədi ilə şagirdi olmadığı halda sinif komplektlərinin sayını artırmış, bununla yanaşı məktəbdə fənn müəllimlərinin xəbəri olmadan adlarına xəstəlik vərəqələri açdırır, hər ay xəstəlik vərəqinə verilən pulları mənimsəyir".
Daha sonra müraciət müəllifi dia.az-a yazır: "Hətta sənəddə "müalicədə” olan müəllimlər həmin tarixlərdə sinif jurnallarını da özləri yazırlar. Məlumat üçün bildirək ki, Səbahət Əmirova əvvəllər rayonun 18 saylı köçkün məktəbində müəllim işləmiş, məktəbşünaslıqdan heç xəbəri olmayan adam kimi tanınır. Səbahət Əmirova məktəbə direktor təyin olunduqdan sonra Rahil Allahverdiyevə 3 min manatdan pul verərək qanunsuz olaraq məktəbə 3 nəfər müəllim əmri almışdır. Sanki Ağdam təhsilindən Respublikanın xəbəri yoxdur. Bütün qanunsuz işlər 87 saylı məktəbdə baş verir. 
Xahiş edirəm, mənim iştirakımla məktəbdə yoxlama aparıb qanunsuz xəstəlik vərəqələrini üzə çıxardasınız".
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Xəbərin vaxtı: 09-01-2016
Oxunma sayı: 48

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: