Sərdar Cəlaloğlu: "İstərdim ADP-yə başqa şəxs rəhbərlik etsin"

 Foto: Sərdar Cəlaloğlu: İstərdim ADP-yə başqa şəxs rəhbərlik etsin / Siyasət

"Çox istərdim ki, partiyaya başqa şəxs rəhbərlik etsin, amma partiyada hər kəs də rəhbərliyi öz üzərinə götürmür”. Milletinsesi.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu partiyanın növbəti qurultayı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

S.Cəlaloğlu bildirib ki, partiyaya rəhbərlik etmək, onun işini təşkil etmək olduqca çətindir: "Əslinə baxanda, bizim partiyada partiya idarə etmək iqtidarına çatmış bir neçə nəfər var. Onlara tam inanıb deyə bilərəm ki, bu şəxslər partiyanı məndən də yaxşı idarə edə, müstəqil partiya da yarada bilərlər. Amma təcrübə və ictimai nüfuz baxımından müəyyən məsələlər var. Elələri var ki, Azərbaycanda xalq hərəkatı vaxtı anadan olmamışdı, indi o, necə mənimlə eyni təcrübəyə malik ola bilər? Ancaq yeni şərait yaranarsa, partiyada bir neçə şəxs var ki, onlar həqiqətən də partiya rəhbərləri kimi fəaliyyət göstərə bilərlər”.

S.Cəlaloğlu bildirib ki, təqvim vaxtı ilə partiyanın qurultayının vaxtı gəlib çatıb: "Amma hazırki vəziyyətdə diqqəti qurultaya cəlb etməyi düzgün hesab etmirik. Bu il ərzində qurultay keçirilə də, keçirilməyə də bilər”.

S.Cəlaloğlu bildirib ki, ADP indiyə qədər nəzərdə tutulduğundan çox sayda qurultay keçirib: "Partiya nizamnamədə nəzərdə tutulduğundan çox qurultay keçirib. Biz bir neçə dəfə növbədənkənar qurultay keçirmişik. Nizamnaməyə uyğun olaraq, 5 ildən bir qurultay keçirməliyik. Partiya 1994-cü ildə təsis olunub və həmin dövrdən indiyə qədər biz 4 qurultay keçirməli idik, amma 9 qurultay keçirmişik”.

S.Cəlaloğlu hesab edir ki, qurultay yalnız beş ildən bir qurultay keçirmək xatirinə keçirilməməlidir: "Qurultay keçirəndə siyasi tələb də olmalıdır. Hazırda belə siyasi tələb olmadığına görə, qurultay keçirmək barədə müzakirələr aparmırıq”.



Xəbərin vaxtı: 08-01-2016
Oxunma sayı: 41

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...