Qobustan icra hakimiyyətində məmurlar əlbəyaxa davaya çıxdı

Qobustan icra hakimiyyətində məmurlar əlbəyaxa davaya çıxdı
Milletinsesi.info bildirir ki, Qobustan rayonunda qarşılıqlı borclara görə Qaz idarəsi İşıq idarəsinin qazını kəsib. Nəticədə İşıq idarəsi də rayon Qaz idarəsinin işığını kəsməli olub. Sonda hər iki idarə rəisi arasında əlbəyaxa dava olub. Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları gəlib. Məsələyə müdaxilə edən icra başçısı Adil Məmmədov hər iki idarə rəisini xeyli danlayıb.
Müxbirimizin məlumatına görə, hələ də tərəflər "işıq-qaz” məhdudiyyətini aradan qaldırmayıb. Problemlə bağlı icra hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. 

Xəbərin vaxtı: 06-01-2016
Oxunma sayı: 31


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: