Deputat Eldar Quliyevin qardaşı qızının kollecində qış bazarlığı

Deputatın qohumunun kollecində qış bazarlığı
Bakı Biznes və Kooperasiya Kollecində qış yığımı başlanıb.
Milletinsesi.info-ya verilən məlumata görə, sözügedən təhsil ocağında imtahanların qiyməti 400-600 manat arasında dəyişir.
Rektor Fatimə Quliyeva semestr bazarlığını açıq elan edib. Tələbələr isə fakültə dekanlarının qapısında növbəyə dayanıblar. Onlar istənilən həmin məbləği verməsə imtahanlardan kəsilirlər.
Müəllimlər imtahandan öncə tələbələrə bildirir ki, tələb olunan vəsaiti verməsəniz qiymət gözləməyin. Ona görə də bəzi savadlı tələbələr bu kimi haqsızlıqlarla üzləşməmək üçün tələb olunan vəsaiti əvvəlcədən verməyə məcbur olurlar.
F.Quliyevanın rəhbərliyi altında Bakı Biznes və Kooperasiya Kolleci bir sıra nöqsanları ilə fəaliyyət göstərir. Bir qrup tələbənin redaksiyamıza verdiyi məlumata görə, dərs ili başlar-başlamaz problemlər artıq özünü göstərməyə başlamışdı.
F.Quliyeva deputat-rektor Eldar Quliyevin qardaşı qızıdır. F.Quliyevanın təyinatında da əmisinin müstəsna rolu olub. Bu kollec Kooperasiya Universitetinin nəzdində fəaliyyətə başlayıb.
Məlumatda qeyd olunur ki, kollec rəhərliyinin tələbələrdən imtahanlarda yığdığı rüşvəti şöbə müdirləri ilə və fənn birləşmə rəhbərləri həyata keçirir. Şöbə müdirləri ilə fənn birləşmə rəhbərləri isə öz növbələrində rüşvəti qrup nümayəndəsinin əli ilə alırlar. Tələbələrə paylanılan imtahan blanklarına isə şöbə müdirləri birbaşa nəzarət edirlər və hər hansı bir məsələdə yanlışlığın olmamasına çalışırlar. Hər bir imtahan blankı müəllimin ya da, qrup nümayəndəsinin iştirakı və rəhbərliyi ilə doldurulur və elə ordaca geri qaytarılır.
Qeyd edək ki, kollec Nazirlər Kabinetinin 21.01.2002-ci il və "Azərittifaq"ın idarə heyətinin 30.01.2002-ci il 15 saylı qərarına əsasən 2002-ci ildən Bakı Biznes və Kooperasiya Kolleci kimi fəaliyyət göstərir.
Fatimə Quliyeva kollecdəki problemləri yoluna qoymaq əvəzinə təhsil ocağını uçuruma sürükləyir. Kollecdə özbaşınalıq, hərc-mərclik baş alıb gedir. Müəllim və tələbələrin dərsə davamiyyəti sıfıra bərabərdir. Elə müəllim var ki, adı ştatda gedir. Lakin özü dərslərdə iştirak etmir. 

Xəbərin vaxtı: 29-12-2015
Oxunma sayı: 59

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: