Azərbaycanlı millət vəkili Bayırbucak türkmənlərinə yardım aksiyasında iştirak edib

Millət vəkili Qənirə Paşayeva Ankara Bayırbucak türkmənlərinə yardım aksiyasında iştirak edib və Türk dünyasına onlara dəstəklə bağlı çağırış edib.

 

"Milletinsesi.info" Gün.Az-a istinadla xəbər verir ki, görüşdə millət vəkilinə Bayırbucaqda türkmənlərin düşdüyü ağır vəziyyət barədə geniş məlumat veriblər və bütün Türk dünyasından dəstək gözlədiklərini bildiriblər.

Q.Paşayeva Suriya türkmənləri təmsilçiləri ilə görüşündən sonra Ankara Gölbaşı Bələdiyyəsi tərəfindən Suriyanın Bayırbucak bölgəsindəki Türkmənlərə yardım aksiyasında iştirak edib.

Millət vəkili bu cür yardım kampaniyalarının həyata keçirilməsi və ağır vəziyyətdə olan Bayırbucaqdakı qardaş-bacılarımıza ehtiyacları olan şeylərin göndərilməsinin vacibliyini qeyd edib:

"Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanını imkanları daxilində Bayırbucak türkmənlərinə yardım göstərsin. Biz maddi yardımlarla bərabər mənəvi, siyasi dəstəyimizlə də daha çox onların yanında olmalıyıq”, - deyə millət vəkili bildirib.

Tədbirin sonunda qida məhsulları ilə bərabər təsili ehtiyac duyulan bir sıra məhsullardan ibarət 3 Tırdan ibarət yardım karvanı Bayırbucağa yola salınıb.


Xəbərin vaxtı: 22-12-2015
Oxunma sayı: 51

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: