Sabunçu məhkəməsində... Can bala...

Sabunçu məhkəməsində... Can bala...
Bakı sakini Səbinə Ələkbərova "Milletinsesi.info"-ya müraciət edib. O deyib ki, Zöhrab Əliyev tərəfindən aldadılıb və 265 min manatı mənimsənilib.

 S.Ələkbərova Sabunçu rayon məhkəməsinə müraciət edib, məhkəmə pulun ona ödənilməsi barədə qərar çıxarıb. Ancaq Sabunçu rayon icra şöbəsinin məmuru Hakim Mirzəyev tərəfindən icra prosesi uzadılır.

Zərərçəkmiş çarəsiz qalaraq əvvəl Sabunçu rayon icra şöbəsinin rəisinə müraciət edib. Ancaq bu müraciəti nəticəsiz qaldığı üçün, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi Xanlar Zeynalova müraciət edib. Xanlar Zeynalov da vətəndaşın problemini həll etməyib.
S.Ələkbərova ədliyyə naziri Fikrət Məmmədova müraciət edib, yenə də məsələ öz həllini tapmayıb. Sonradan zərərçəkmiş şəxs dövlət başçısı İlham Əliyev və respublikanın birinci xanımı Mehriban Əliyevaya da məktub yazıb.
Ədliyyə Nazirliyinin məmurları eyni adamı müdafiə edir. H.Mirzəyev isə öz adəti üzrə bu "icra prosesi”ni yubatmağa davam edir. Hörmətli general Xanlar Zeynalov bu şəxslərin hansı əməllərə əl atdığını ya bilmir, ya da onları qoruyur.
Qeyd edək ki, Zöhrab Əliyev və əmisi oğlu Kamran Əliyev haqda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xeyli sayda şikayət daxil olub. 

Xəbərin vaxtı: 21-12-2015
Oxunma sayı: 42

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: