Elçin Əfəndiyev: "Burda elə kitablar var ki, adam oğurlayıb qaçmaq istəyir"

Elçin Əfəndiyev: "Burda elə kitablar var ki, adam oğurlayıb qaçmaq istəyir"

"Bu gün kitabların böyük rəqibləri, alternativləri meydana gəlib"

"Burda elə kitablar var ki, adam oğurlayıb qaçmaq istəyir". "Milletinsesi.info" xəbər verir ki, bunu baş nazirin müavini Elçin Əfəndiyev IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kitab bəşəriyyətin ən böyük kəşflərindən biridir: "Bu gün də kitabları görəndə fərəh hissi keçirirəm. Qocaman kitab bütün dövrlərdə öz əhəmiyyətini saxlayır".

E.Əfəndiyevin sözlərinə görə, Azərbaycanda belə sərgilərin keçirilməsi çox vacibdir: "Bu gün kitabların böyük rəqibləri, alternativləri meydana gəlib. İnternet və s. nəzərdə tuturam".

Nazir müavini əvvəlki dövrlərə nisbətən kitaba marağın azaldığını qeyd edib. O bildirib ki, bunun da obyektiv səbəbləri var.

Xəbərin vaxtı: 16-09-2015
Oxunma sayı: 361

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: