Başıbəlalı “Elm haqqında” qanun layihəsi yenə qaldı

 


Milletinsesi.info
saytı xəbər verir ki, uzun müddətdir hazırlanan "Elm haqqında” qanun layihəsi bir sıra problemlər səbəbindən Milli Məclisin plenar iclaslarına çıxarılmır.

Bu səbəblərdən biri Azərbaycan Milli Elmlər Akademiyası ilə Milli Məclisin Elm və təhsil komitəsinin fikirlərinin üst-üstə düşməməsidir.

Hələ payız sessiyasının əvvəlində komitənin keçmiş sədri Şəmsəddin Hacıyev açıqlamasında bu il qanun layihəsinin qəbul olacağını bildirmişdi. Amma onun müzakirəsi yenə də gecikdirilir.

Elm və təhsil komitəsinin yeni sədri İsa Həbibbəyli Modern.az-a açıqlamasında bildirib ki, "Elm haqqında” qanun layihəsi payız sessiyasının gündəliyindən çıxarılıb.

"Bu günlərdə "Elm haqqında” qanun layihəsi ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin mövqeyini mətbuata açılayacağıq. İndiki halda onu deyə bilərəm ki, Prezident İlham Əliyevin Elmlər Akadmeyasının 70 illik yubiliyendə proqram xarakterli çıxışı, eyni zamanda ölkəmizdə elmin əldə etdiyi yeni nailiyyətlər, gedən proseslər və dəyişmələr "Elm haqqında” qanun layihəsinə yenidən baxmağı tələb edir. 

Milli Məclisin rəhbərliyindən xahiş etmişik ki, qanun layihəsi payız sessiyasından çıxarılsın, yaz sessiyasına keçirilsin, yenidən işlənib daha da təkmilləşdirilsin. İndi elmlə bağlı həm dünyada, həm ölkədə yeni çağırışlar səslənir. Çalışacağıq bunların hamısı hüquqi dildə öz əksini tapsın”.

 


Xəbərin vaxtı: 07-12-2015
Oxunma sayı: 117

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: