Kərəm Həsənovdan daha iki kadr təyinatı


Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yeni rəis təyin olunub.

Milletinsesi.info saytı xəbər verir ki, Modern.az-ın verdiyi məlumata görə, komitə sədri Kərəm Həsənovun əmri ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsinə Hikmət Mustafayev təyin edilib.

H.Mustafayev buna qədər Əmlak Məsələləri üzrə Dövlət Komitəsində sektor müdiri vəzifəsində çalışıb.

Bununla yanaşı, müavin postuna da yeni təyinat olub.

Belə ki, buna qədər 13 saylı Şirvan ərazi İdarəsinin rəisi olmuş Namiq Zeynalov H.Mustafayevin müavini təyin olunub.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəhbərliyindəki dəyişikliklərə aydınlıq gətirib.

ƏMDK-nin İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov aznews.az-a açıqlamasında bildirib ki, DƏDRX-in vəzifəsindən azad edilmiş keçmiş rəisi Məhəmməd İmanov komitənin tərkibindəki digər qurumun - İstehsal və xidmət müəssisə və obyektlərinin idarəetmə mərkəzinə (İXMM) direktor təyin edilib.

Vəzifəsindən azad edilmiş DƏDRX rəisinin müavini Seymur Əliyev isə Reyestr xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə rəis təyin olunub.



Xəbərin vaxtı: 01-12-2015
Oxunma sayı: 322

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...