Gənclərimizin kitab oxumağa marağının olmamasının səbəbləri nədir?


Niyə kitab oxumuruq? Səbəb kitablardadır yoxsa özümüzdə?


İngilis filosofu Herbert Spenserin dediyi fikrə görə: "Bir insanın dəyəri yalnız onun oxuduğu kitablarla ölçülür".Bu fikirdən aydın olur ki, cəmiyyət əxlaqının mənbəyində kitab mühüm rol oynayır. Biz insanlar da həyatı həm yaşayaraq dərk edir,həm oxuyaraq kamilləşirik.


Zəngin mədəniyyətə güclü intellektual potensial imkanlara malik Azərbaycan xalqı qədim zamanlardan bu günə qədər maddi mədəniyyət nümunələri ilə bərabər, milli-mənəvi tərəqqisi ilə dünya birliyi içərisində özünəməxsus yer tutub. Müasir gənclərə nəzər saldıqda təkcə Azərbaycanda deyil,digər qonşu ölkələrdə kitaba olan tələbat marağın nisbətən azaldığını müşahidə edirik.


Bunun bir sıra obyektiv ictimai səbəbləri var. Belə bir fikir irəli sürülür ki,cəmiyyətdə yeni texnoloji imkanların mövcudluğu,kompüter digər informasiya texnologiyalarının yüksək səviyyədə inkişafı istər-istəməz kitablara olan tələbatı diqqəti ikinci plana keçirir.

 

Bununla da gənclərdə yeni ideyalar soraq məlumatları formalaşmağa başlayır, kitaba mütaliəyə tələbat zəifləyir.Lakin bir şey unudulur ki, kitab, onun mahiyyəti,faydası vacibliyi heç bir vaxt öz aktuallığını itirmir.Bəs elə isə müasir gənclər niyə kitaba həvəs göstərmirlər?


Birincisi,müasir gənc kitab oxumağın insanın intellektual səviyyəsinin yüksəlməsinə dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərdiyini lazımi səviyyədə dərk etmir. Hələ görkəmli mütəfəkkir,dahi şairimiz Nizami Gəncəvi XII əsrdə qeyd edib: "Bilik öyrənməyi ar bilən hər kəs, dünyada mərifət qazana bilməz". Bu hikmətli kəlamdan aydın olur ki, kitab elm mərifət dünyasına açılan əsas qapıdır.


Kitab oxumağın müsbət cəhəti isə ondan ibarətdir ki,kitab oxumaq insan psixologiyasına səhhətinə müsbət təsir göstərir. Ümumiyyətlə, mütaliənin insan orqanizminə faydasını araşdıran Böyük Britaniyalı alimlər maraqlı nəticələr əldə ediblər.Onların gəldikləri elmi nəticəyə əsasən belə bir fikr irəli sürüblər ki, 20 dəqiqə kitab oxumaq insanda mənfi analoji faktorları stresin səviyyəsini 3 dəfəyə qədər azaldır. Göstərilən faktlardan belə bir nəticəyə gəlmək olar ki, cəmiyyətin kitabdan ayrı düşməsi,efirdən tutmuş adi ictimai nəqliyyatda davranışımıza qədər hər şeydə özünü göstərir.

 

Kitab oxumaq, cəmiyyətin barometridir. İnsanlar mənəviyyatlarını kitabla qidalandıra bilməyəndə əxlaq düşüncə tərzləri zəifləyir, mənfi faktorlara qarşı müqaviməti azalır. Kitaba ehtiyac hiss etməyən cəmiyyət, yalnız geriyə gedə bilər. Görünən odur ki, biz kitabın səviyyəsini mahiyyətini lazımi qədər qiymətləndirə bilmirik, yaxud da vaxtın azlığını bəhanə gətirərək, kitab oxumaq istəmirik. Lakin məhşur avropa alimi S.İ.Povarminin tətbiq etdiyi"Kitabı necə oxumalıyıq?" qaydalarından birində deyilir ki, mütaliəyə sərf etdiyin vaxta zamana heyfislənmə, çünki bu zaman artıqlaması ilə ödəniləcək.


Biz gənclər, mütaliəni həyat tərzimizin ayrılmaz parçasına çevirməliyik!


Hacı QASIMLI 

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin II kurs tələbəsi

 


Xəbərin vaxtı: 10-11-2015
Oxunma sayı: 524

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...