​SOCAR-ın Fəxri fərmanları təqdim olunub

 Xoşbəxt Yusifzadə və Xalik Məmmədov Fəxri fərmanları təltif olunanlara təqdim ediblər

 Neftçilər günü peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Fəxri fərmanı ilə təltif olunmuş Şirkətin baş ofisinin bir qrup əməkdaşına bu gün mükafatların təqdim edilməsi mərasimi keçirilib.

"Milletinsesi.info" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan X.Yusifzadə neft strategiyasının uğurlarından danışıb, qazanılmış nailiyyətlərdə fədakar neftçilərin əməyini xüsusi vurğulayıb. O bildirib ki, SOCAR rəhbərliyi hər zaman neftçilərin əmək fəaliyyətini yüksək qiymətləndirir.

Şirkətin vitse-prezidenti X.Məmmədov isə Azərbaycan neftçilərinin gələcəkdə daha böyük nailiyyətlərə imza atacağına əminliyini bildirib, SOCAR rəhbərliyi adından təltif olunanları təbrik edib, onlara yeni-yeni əmək nailiyyətləri arzulayıb. Sonra X.Yusifzadə və X.Məmmədov Fəxri fərmanları təltif olunanlara təqdim ediblər.

Qeyd edək ki, SOCAR prezidentinin 16 sentyabr 2015-ci il tarixli müvafiq əmri ilə Şirkətin idarə və müəssisələrində çalışan 117 nəfər, o cümlədən baş ofisdə işləyən 27 nəfər əməkdaş Fəxri fərmana layiq görülüb.


Xəbərin vaxtı: 10-11-2015
Oxunma sayı: 239

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...