Sergey Lavrov İrəvanda Qarabağ haqqında nə danışdı?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da İrəvana işgüzar səfərə gedib.


Sergey Lavrov öncə Ermənistan prezidenti Serj Sərkisyanla, sonra isə xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Sergey Lavrov görüşlərdən sonra Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi qane edən həllinə nail olmaq üçün səyləri artırmaq lazımdır.

Rusiya XİN başçısı qeyd edib ki, bu münaqişə yalnız dinc yolla həll olunmalıdır. Lavrov bildirib ki, Moskva ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri və üçlüyün üzvü kimi münaqişənin həllində müsbət nəticəyə nail olmaq üçün fəal rol oynamaqda davam edəcək.

"Armenia today” portalının məlumatına görə, Lavrov AŞ PA Siyasi Komitəsinin bu günlərdə Dağlıq Qarabağla bağlı məruzəsinə də toxunub. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmayan müxtəlif beynəlxalq təşkilatlara çıxmaq düzgün deyil.

Nalbandyan isə deyib ki, rəsmi İrəvan münaqişənin yalnız dinc yolla həllinin tərəfdarıdır və bu sahədə Rusiya və Minsk Qrupunun səylərini dəstəkləyir.

Qeyd edək ki, AŞ PA Siyasi Komitəsinin noyabrın 4-də keçirilən iclasında "İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması” ilə bağlı məruzə qəbul olunub. Sənədi Siyasi Komitənin britaniyalı məruzəçisi Robert Uolter hazırlayıb.

İclasda Azərbaycanı təmsil edən millət vəkili Səməd Seyidov ümumilikdə bu məruzəni yüksək qiymətləndirib.

O, "Azadlıq" radiosuna müsahibəsində deyib ki, müzakirə zamanı Azərbaycan tərəfi sənədə 3 əlavə təklif edib və onların 3-də qəbul olunub: "Bu əlavələr də məruzəyə daxil edildi. Əlavələrdən biri Dağlıq Qarabağda qeyri-qanuni saxlanılan 2 Azərbaycan vətəndaşının taleyinin müzakirəsi və onların dərhal azadlığa buraxılması barədə idi. Bu məruzənin bənd-bənd müzakirəsi və qəbul olunması regionda obyektivliyin, qanunun aliliyinin bərqərar olmasına yardım edəcək.

Azərbaycan torpaqlarının işğalı, Azərbaycan xalqına qarşı etnik təmizləmələrin aparılması, Avropa Məhkəməsinin Çıraqov işi ilə bağlı qərarının bu məruzədə əks olunması bir daha sübut edir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsuliyyət daşıyır”.


Xəbərin vaxtı: 09-11-2015
Oxunma sayı: 229


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: