“Qafqaz”da oxuyanların diplomları tanınacaqmı?


Azərbaycanda fəaliyyət göstərən "Qafqaz” Universiteti Türkiyə Yüksək Təhsil Şurasının bu universitetin diplomlarının tanınmamasına dair qərarına münasibət bildirib.

Millətinsəsi.info-nun məlumatına görə, Universitetin Mətbuat xidmətinin rəhbəri Rəcəb Rza "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, qərarın onlara aidiyyatı yoxdur:

"Biz SOCAR-ın nəzdində Beynəlxalq Təhsil Mərkəzinin universiteti kimi fəaliyyət göstəririk. İndiyə kimi diplomların tanınmaması ilə bağlı nə Türkiyə Yüksək Təhsil Şurasından, nə də ki səfirlikdən bizə rəsmi məktub daxil olmayıb”.

Rektorluqdan isə bildirilib ki, onlara da belə bir qərar daxil olmayıb:

"Biz fəaliyyətimizi Beynəlxalq Təhsil Mərkəzinin nəzdində davam etdiririk. Heç bir problem yoxdur”.

Xəbərin vaxtı: 12-01-2017
Oxunma sayı: 124

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...