Marin Mıttus: "Estoniya "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq işlərinə başlayıb"

Marin Mıttus: Sammitin uğurlu olacağına ümid edirik
"Estoniya "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq işlərinə başlayıb və sammitin uğurlu olacağına ümid edirik".
Bunu "Report"a müsahibəsində Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Marin Mıttus deyib.
Xanım diplomat "Şərq Tərəfdaşlığı" proqramının əhəmiyyətli olduğunu, proqramın iştirakçı ölkələrinin və onların regionlarının onlar üçün vacibdir olduğunu qeyd edib.
"Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirmək istəyən ölkələrin bunu sürətli şəkildə həyata keçirməsi üçün həmişə differensiallaşdırılmış yanaşmanı dəstəkləmişik. Bunu vacib hesab edirik. Çünki Estoniyanın özünün Aİ-yə daxil olması prosesini yaxşı xatırlayırıq. Sürətli addımlar heç də həmişə asan olmur, amma çalışıb buna nail olmaq mümkündür", - deyə səfir bildirib.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" ölkələrinin növbəti sammiti bu ilin noyabr ayında Estoniyanın Aİ-də sədrliyi çərçivəsində keçiriləcək. Sammitin keçiriləcəyi məkan Brüssel şəhəri olacaq.
Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

Xəbərin vaxtı: 12-01-2017
Oxunma sayı: 132

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...