Nazim Səmədov: "Azərbaycanı ziyarət edənlərin 85%-ni Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları təşkil edir"

nazim səmədov ile ilgili görsel sonucu
 "Ənənəvi olaraq Azərbaycanı ziyarət edən ziyarətçilərin 85%-ni dörd ölkənin vətəndaşları təşkil edir”.
"Report”un xəbərinə görə, bunu Rusiya mətbuatına müsahibəsində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.
N.Səmədovun sözlərinə görə, bu siyahıda ilk yeri Rusiya tutur: "İkinci yerdə Gürcüstan, sonra isə Türkiyə və İran qərarlaşıb. Lakin indi Azərbaycana ərəb ölkələrindən də turistlər gəlir. Azərbaycan turist ziyarətçilərinin maksimum həddinə 2012-2013-cü illərdə nail olub. Belə ki, həmin illərdə ölkəyə gələn turistlərin sayı 2,5 mln. nəfər təşkil edib”.
Nazir müavini qeyd edib ki, Azərbaycana turist axınının inkişafına mane olan yeganə sədd viza rejimi idi: "Lakin ötən ilin fevralından dövlət başçısının fərmanı ilə bu məsələ də öz həllini tapıb. İndi artıq 12 ərəb ölkəsindən olan turistlər ölkəmizə gələndə rahat şəkildə hava limanında yaradılan xüsusi məntəqələrdən viza alırlar. Bu rejimin sadələşdirilməsi avtomatik olaraq onlara Azərbaycan qapılarını açıb. Qeyd etdiyim ölkərin əksəriyyəti ilə birbaşa aviareyslərimiz var. Azərbaycanın Rusiya, Gürcüstan və Qazaxıstanla isə viza rejimi yoxdur və heç vaxt da olmayıb”.
Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə turizmin inkişaf etdirilməsi və turist axınını artırmaq üçün təhlükəsizlik tədbirləri böyük önəm daşıyır: "Azərbaycan əzəldən çox güclü təhlükəsizlik sisteminə malik olub. Hazırda əsasən müharibə gedən, təhlükə olan ölkələrin turistləri Azərbaycanda olan təhlükəsizliyi əyani şəkildə görürlər. Bu da turistləri Azərbaycanda istirahət etməyə çəkən ən böyük amildir. Yaxın və Orta Şərqdə nələr baş verdiyini görürük, bu ölkələrin sakinləri artıq müharibə və qeyri-sabitlikdən yorulub. Eyni zamanda, biz müsəlman ölkəsiyik, ona görə də ərəb turistləri bu baxımdan özlərini burada çox rahat hiss edirlər. Yerli əhalimiz dini və milli adət-ənənələrini anladıqları üçün burada onlara anlayışla yanaşırlar. Ümumiyyətlə, Azərbaycanda hamıya rahatdır, çünki yerli əhali çox tolerantdır”.

Xəbərin vaxtı: 12-01-2017
Oxunma sayı: 153

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...