Səngəçalda silsilə partlayışların müdhiş müəmması: qəsəbədə vəhhabi dəstəsi kimdir?

Səngəçalda silsilə partlayışların müdhiş müəmması: qəsəbədə vəhhabi dəstəsi kimdir?
Bakının Səngəçal qəsəbəsində qaz xəttində yanvarın 10-u axşam saatlarında yenidən yanğın baş verdiyi bildirilir

Millətinsəsi.info Politika.Az-a istinadən xəbər verir ki, qəzanın Səngəçal qəsəbəsi ərazisindəki 125 atmosferlik qaz kəmərində meydana gəldiyi bildirilir. 

Bu haqda da Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı xəbər verib. Hadisənin hansı səbəbdən törədiyi bəlli deyil. Qaz kəmərində meydana gələn partlayışla bağlı yanğın, hələ söndürülməyib. 

Yanğın şüalarını uzaqdan müşahidə etmək mümkündür. Bu artıq son 2 həftədə eyni yerdə baş verən üçüncü qəzadır. Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi. 

Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü. 

Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmasa da, SOCAR bir neçə versiyanı nəzərdən keçirildiyini bildirirdi. Eyni yerdə ikinci yanğın isə yanvarın 2-də baş vermişdi. 

2 həftə ərzində üç qəza müəyyəm müəmmalara və şübhələrə yol açır. 

Çünki aylar əvvəl Səngəçal qəsəbəsində vəhhabilərin, bu qəsəbədən Suriyaya döyüşməyə getmiş adamların olduğunu yazmışdıq. 

Bu dəstəyə Fərəcullayev Kamil Babaqeys oğlu rəhbərlik edir. Onun sözlərinə görə, Kamil camaatı qanunsuz fəaliyyət göstərən məscid rəhbərləri - Lazım və Səyyar Əndəliyevlərə itaət etməyə çağırır. 

Dəstənin üzvlərindən Səngəçalda yaşayan Mahir, Nail, adını bilmədiyimiz Çingizin oğlu, Gülmirzənin oğlu və digərləri Suriyada vuruşmağa gediblər. Deyilənə görə bunlardan Mahir ölüb, Nail isə komandir vəzifəsinə yüksəlib. 

Görünür, həmin şəxslər İŞİD terror təşkilatına qoşulub. Yanğınla müşayiət olunan ilk partlayışdan 1 gün əvvəl youtube kanalında bir İŞİD ardıcılı olan azərbaycanlının videomüraciəti yerləşdirilib. 

Həmin videomüraciətdə deyilənlərlə partlayış arasında əlaqənin olduğuna israr etmirik. Həmin videomüraciətdə vəhhabi-sələfi əqidəsinin ardıcıllarından olan azərbaycanlı İŞİD-çi İraqın Mosul şəhərindən Azərbaycan xalqına müraciət edir. 

O öz müraciətində Azərbaycanı "darul-küfr” (küfr evi) adlandırıb. Mətbuatda "Azərbaycanlı İŞİD-çi Azərbaycan xalqına müraciət etdi: Çıxın, vurun, öldürün, bıçaqlayın” başlığı ilə tirajlanan bu video Səngəçaldakı partlayışdan 1 gün əvvəl - 26 dekabr 2016-cı ildə yayılıb.


Xəbərin vaxtı: 12-01-2017
Oxunma sayı: 469

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: