Prezidentin kürəkəni güllələndi - Gürcüstanda ara qarışdı


Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni, qızı Annanın həyat yoldaşı Qiqi Çiçua güllələnib.

Məlumata görə, hadisə yanvarın 11-də Tiflisdə Balançivadze küçəsində baş verib.

Q. Çiçua xəstəxanaya yerləşdirilib.

Silahlı insidentlə bağlı ətraflı məlumat verilmir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ekspert-kriminalistlər cəlb olunublar.

Gürcüstan DİN-dən prezidentin kürəkəninin yaralanması ilə bağlı məlumatı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Anna Marqvelaşvili Gürcüstan prezidentinin birinci evliliyindən olan qızıdır. O, dicey Qiqi Çiçua ilə 2014-cü ilin dekabrında ailə qurub. 

(qafqazinfo.az)
Prezidentin kürəkəni güllələndi - Gürcüstanda ara qarışdı
Prezidentin kürəkəni güllələndi - Gürcüstanda ara qarışdı

Xəbərin vaxtı: 12-01-2017
Oxunma sayı: 191

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...