Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk tamaşasının məşqlərinə start verildi


Dövlət Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk tamaşasının məşqlərinə başlanıb.

"Müraciət etdiyimiz bu əsər ata-baba yurdundan ilk olaraq didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir. Peşəkar dramaturq Əli Əmirlinin qələminə məxsus bu tamaşa inanıram ki, müəllifin digər əsərləri kimi repertuarımızda özünə möhkəm yer tutacaq”. Bu fikirləri yaradıcı heyətə xeyir-dua verən teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov deyib.

Millətinsəsi.info bildirir ki, tamaşa Əməkdar İncəsənət Xadimi, istedadlı dramaturq Əli Əmirlinin «Ünvansız qatar» pyesi əsasında hazırlanacaq. Yeni tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov,   quruluşçu rəssam Sona Qarayeva, rejissorlar Gülnar Hacıyeva, Qasım İbrahimov, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistentləri Tacəddin İmanov və Sona Mustafayevadır.

Tamaşada Xalq Artisti Tariyel Qasımov, Əməkdar Artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Zülfiyyə Alhüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Nuriyyə Əliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Manaf Dadaşov, İlham Əsədov, Xalidə Əliməmmədova, Mehriban Hüseynova, Yasəmən Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Dilarə Fərəcullayeva iştirak edəcəklər.

Yeni tamaşa 31 mart azərbaycanlıların soyqırımı günündə nümayiş etdiriləcək.

Xəbərin vaxtı: 11-01-2017
Oxunma sayı: 110

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: