Gömrükçülər Azərbaycandan aparılan 1 milyon pulu saxladılar


Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Millətinsəsi.info-ya bildirilib ki, yoxlama nəticəsində həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1 milyon 150 min Rusiya rublu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin vaxtı: 11-01-2017
Oxunma sayı: 207

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...