Vahid Əhmədov: "Bankların üzərində iş getməlidir"


Azərbaycan Dövlət Neft Fondu  bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 milyard manatadək transfert həyata keçirəcək.
Büdcə gəlirlərinin təsdiq edilməsi manatın dəyərdən düşməsinin qarşısını alacaqmı?
Millətinsəsi.info bildirir ki, deputat Vahid Əhmədov Modern.az-a açıqlamasında məsələni şərh edib.
O, bildirib ki, büdcə gəlirlərinin təsdiq edilməsi manatın dəyərdən düşməsinin qarşısını ala  bilər.
"2017-ci il büdcəsi ilə tanış olmuşam. 2017-ci ildə Azərbaycanda real iqtisadiyyatın, yol xəritəsinin inkişafı ilə əlaqədar manatın daha çox dəyərdən düşməməsi üçün belə bir addım atılması nəzərdə tutulur. Bu hələlik nəzəriyyədir. Hesab edirəm ki, manat onsuz da gec-tez öz dəyərini almalıdır. Cənab prezident onu nəzərdə tutur ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün dönüş ili olacaq. Həmçinin, sahibkarlığa yardım məqsədilə Azərbaycan iqtisadiyyatının inkişafı üçün manatı müəyyən qədər qoruyub saxlamaq mümkün olsun. Amma yenə də hesab edirəm ki, gec-tez manatı bazar səviyyəsində tələb-təklifə, idxal-ixraca uyğun olaraq tənzimləməliyik. Belə addımın atılması müsbət haldır. Manatın qorunub saxlanılması birbaşa Azərbaycan iqtisadiyyatına öz təsirini göstərəcək”.
Vahid Əhmədov dollar qıtlığından da söz açıb.
"Dolların satışı  çox məhduddur. Faktiki olaraq, yoxdur. Yalnız "qara bazar”dadır. Bu da o vaxta qədər davam edəcək ki, manat gəlib ona uyğunlaşsın. Bu məsələyə də baxmaq lazımdır. Manatın stabil qalması vacib məsələlərdən biridir. 
Həmçinin, bankların üzərində iş getməlidir. Bankların birləşdirilməsi, təmərküzləşməsi prosesi getməlidir. Məsələlər çoxdur. Sözlə demək mümkün deyil. Çox ciddi işlər görülməlidir”.

Xəbərin vaxtı: 11-01-2017
Oxunma sayı: 170

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...