İnam Kərimov: “Büdcəyə 20 milyon manat ödənilib”

Картинки по запросу inam kərimov
"Ötən il "ASAN xidmət” mərkəzlərində toplanmış dövlət rüsumları hesabına büdcəyə 20 milyon manat ödənilib”.
Millətinsəsi.info-nun məlumatına görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
O qeyd edib ki, ümumilikdə "ASAN xidmət” mərkəzləri yarandığı gündən bu günə qədər büdcəyə 69 milyon manat ödənilib.
Agentliyin sədri bildirib ki, 2016-cı ildə "ASAN xidmət” mərkəzlərində 1 milyon 970 min şəxsiyyət vəsiqəsi, 715 min ümumvətəndaş pasportu verilib, 300 minə yaxın sürücülük vəsiqəsi dəyişdirilib: "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə 735 min, notariat sahəsində 1 milyon 865 min xidmət göstərilib. 82 minədək kommersiya hüquqi şəxsi qeydiyyata alınıb, əmlak məsələləri ilə bağlı 454 min xidmət göstərilib, 2016-cı ildə sahibkarlara 2 605 lisenziya verilib”.
İnam Kərimov "ASAN xidmət”də hazırda 2 300-dən çox gənc əməkdaşın çalışdığını bildirib. Onun sözlərinə görə, qurumda çalışanların 51 faizini qadınlar təşkil edir: "Sizin tapşırığınıza əsasən yeni nəsil dövlət qulluqçularının formalaşdırılması məqsədilə 10 mindən çox gənc fəaliyyətimizə könüllü qismində cəlb olunub. 700-dən çox könüllü "ASAN kadr” portalı vasitəsilə işlə təmin edilib. Könüllülər 200-dən çox yerli və beynəlxalq layihələr icra ediblər. Könüllülərimiz, həmçinin sosial şəbəkələrdə də fəal iştirak edib, Sizin apardığınız xarici və daxili siyasətin aktiv təbliğatçıları olublar”.
2017-ci il ərzində Dövlət Agentliyi qarşısında qoyduğunuz vəzifələrin icrası ilə bağlı məruzə edən agentlik sədri bildirib ki, bu il Mingəçevir və Qubada regional "ASAN Həyat” kompleksinin istifadəyə verilməsi, Şəki və İmişlidə isə iki kompleksin inşasına başlanılması nəzərdə tutulur: "Bakı şəhərində daha iki "ASAN Kommunal” Mərkəz yaradılacaq. Sosial xarakterli "Ailə Biznesinə ASAN Dəstək” – "ABAD” layihəsi üzrə Masallıda pilot layihənin icrasına başlanılıb. Bu il ərzində Balakəndə Dövlət Neft Şirkəti ilə birlikdə "ABAD park” kompleksinin və İsmayıllıda yerli icra hakimiyyəti ilə birlikdə "ABAD” mərkəzin təşkili nəzərdə tutulur. Eləcə də elektron lisenziya portalı bu il İqtisadiyyat Nazirliyi ilə birlikdə istifadəyə veriləcək və sahibkarlar lisenziya və icazələri dövlət orqanlarına getmədən, elektron qaydada əldə edə biləcəklər”.

Xəbərin vaxtı: 11-01-2017
Oxunma sayı: 106

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: