NATO PA-nın iclasında Qarabağ məsələsi müzakirəyə çıxarılacaq


NATO Parlament Assambleyasının (NATO PA)  yaz sessiyasının vaxtı və keçiriləcəyi məkan bəllidir. Belə ki, sessiya bu ilin may ayında Gürcüstanın paytaxtı Gürcüstanda keçiriləcək.
 
Millətinsəsi.info-nun məlumatına görə, NATO PA-dakı  Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı  Modern.az-a açıqlamasında deyib ki,  qurumun yaz sessiyasının gündəliyi tam təsdiq edilməyib. Bununla belə, o, müzakirə oluna biləcək məsələlərdən danışıb.
 
"NATO Parlament Assambleyasının yaz sessiyasını Tiflisdə keçirilməsi ona işarə edir ki, bu, bir mesajdır. O mənada ki,  mütləq Cənubi Qafqaz məsələsi gündəmdə olacaq. Ola bilməz ki, NATO PA-nın iclası Gürcüstanda keçirilsin və Cənubi Qafqaz problemlərinə toxunulmasın. Gürcüstanın Abxaziya, Osetiya problemi Azərbaycanın Qarabağ probemi NATO PA-nın iclasında müzakirə olunacaq”-deyə o əlavə edib.
 
Məlahət İbrahimqızının sözlərinə görə, digər məsələlərin də müzakirə olunması istisna deyil.
 
"Bir müstəqil dövlətin ərazi bütövlüyünə təcavüz olunub. Bir müstəqil dövlətin digər qonşu dövlət tərəfindən torpağı işğal olunub. Ortada bir milyondan artıq qaçqın və məcburi köçkün var. Beynəlxalq təşkilatlar da həmin dövləti işğalçı dövlət kimi tanıyır.  
 
10 ildən artıqdır ki, NATO PA-da Azərbaycan parlamentini təmsil edirik. Azərbaycanlı millət vəkili kimi inanıram ki, NATO PA-nın iclaslarında gündəlikdə Cənubi Qafqaz, eyni zamanda, Qarabağın işğal olunması ilə bağlı məsələlər öz əksini tapacaq. İstisna olunmur ki, digər məsələlər də müzakirə olunacaq”.

Xəbərin vaxtı: 11-01-2017
Oxunma sayı: 135

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...