Marin Mıttus: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Marin Mıttus: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz həmişə sabit olub. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və dəstəkləməkdə də davam edəcəyik".
Millətinsəsi.info bildirir ki, bunu "Report"a müsahibəsində Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Marin Mıttus deyib.
Xanım diplomat belə münaqişələrin hərbi yolla həllinin olmadığını vurğulayıb: "Münaqişənin siyasi yolla həll ediləcəyinə ümidvarıq. Avropa İttifaqının xüsusi nümayəndəsi bu məsələ üzərində işləyir. Onun və ATƏT-in Minsk qrupunun səylərini mümkün qədər çox dəstəkləmək istəyirik. Hesab edirik ki, təmas xəttində vəziyyətin gərginləşməsi münaqişənin nizamlanmasına gətirib çıxarmayacaq".

Xəbərin vaxtı: 11-01-2017
Oxunma sayı: 177

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...