Prezidenti İlham Əliyev Fransa XİN-nin dövlət katibi ilə görüşüb


Azərbaycan prezidenti İlham Əliyev Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
Millətinsəsi.info-nun xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.
 
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, mədəniyyət, təhsil və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlıq əlaqələrimizin genişlənməsinin önəmi qeyd olunub. Söhbət zamanı humanitar sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilərək, Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasının bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.
 
Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyi əminliklə qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin vaxtı: 10-01-2017
Oxunma sayı: 107

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...