Fransanın dövlət katibi Azərbaycana gəlir

Картинки по запросу Jan Mari Le Quen
Fransanın inkişaf və frankofoniya üzrə dövlət katibi Jan Mari Le Quen yanvarın 10-11-də Azərbaycana səfər edəcək. 
Millətinsəsi.info bildirir ki, bu barədə "Report" Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
O, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Jan Mari Le Quenin Azərbaycan Prezidenti İlham Əliyev ilə də görüşü planlaşdırılır.
Həmçinin, Fransanın dövlət katibi 2016-cı ilin sentyabrında açılmış Fransa-Azərbaycan Universitetinə (UFAZ) baş çəkəcək.

Xəbərin vaxtı: 10-01-2017
Oxunma sayı: 128

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...