Ən güclü kiberordusu olan 5 ölkə ...


Amerikanın "Zecurion Analytics” şirkəti dünyanın ən güclü 5 kiberordusunun adını açıqlayıb.
Millətinsəsi.info-nun Modern.az-a istinadən xəbər verir ki, kibertəhlükəsizlik sahəsində ixtisaslaşan qüvvələrdən rəsmi olaraq yüzə yaxıən ölkə istifadə edir.
 
Analitiklərin hesablamalarına görə, ən güclü kiberordu ABŞ-a məxsusdur. Bu ölkədə hər il həmən sahəyə 7 milyard dollar dövlət vəsaiti ayrılır, dövlətlə əməkdaşlıq edən hakerlərin sayı isə 9 minə çatır.
Zecurion ikinci pilləyə Çini yerləşdirib. Bu ölkədə kiberorduya 1,5 milyard dollar yardım ayrılır, hakerlərin sayı isə 20 minə çatır.
 
Növbəti pillədə isə Böyük Britaniya gəlir. İldə 450 min dollar vəsaitin ayrıldığı kiberhücum sahəsində 2 min ingilis mütəxəssisi çalışır. Dördüncü pillədə 700 hakerlə Cənubi Koreya, beşinci pillədə isə minə yaxın hakerlə Rusiya durur.
Kiberordunun əsas fəaliyyət sahəsi casusluq, kiberhücumlar və informasiya müharibəsidir.
 

Xəbərin vaxtı: 10-01-2017
Oxunma sayı: 82

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: