Nazirlik: "Ötən il bir milyon manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib"

 Картинки по запросу Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vvətəndaşların əmək hüquqlarının müdafiəsi, o cümlədən iş yerlərində sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması istiqamətində ötən il də müvafiq işlər görüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Millətinsəsi.info-ya verilən məlumata görə, hesabat dövründə xidmətin vətəndaşların müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 928 995 manat məbləğind gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Həmin məbləğin 85,8 faizini gecikdirilmiş əmək haqları, 12,1 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Bir sıra vətəndaş müraciətlərində isə ayrı-ayrı şəxslərin işdən qeyri-qanuni şəkildə azad edildikləri ifadə olunub. Belə müraciətlərin araşdırılması zamanı 30 nəfər işçi ilə əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi aşkar edilib və görülən tədbirlər nəticəsində həmin vətəndaşlar əvvəlki iş yerlərinə bərpa olunublar.
Qeyd olunan tədbirlərlə yanaşı, Xidmətin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi, əmək müqaviləsinə hansı hallarda xitam verilməsi, əməyin mühafizəsi, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı əmək qanunvericiliyinin tələbləri barədə işəgötürənlərə ətraflı məlumatlar veriblər.

Xəbərin vaxtı: 10-01-2017
Oxunma sayı: 110

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: