Sumqayıtda Aprel Şəhidlərinin məzarları təhqir olunmayıb

Aprel Şəhidlərinin məzarları təhqir olundu
Sumqayıt "Şəhidlər Xiyabanı”nda aprel Şəhidlərimizin məzarları təhqir olunub 
Millətinsəsi.info bildirir ki, bu haqda moderator.az-a aprel Şəhidimiz əsgər Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva məlumat verib. Şəhid anası bildirib ki, gecə vaxtı xiyabana daxil olan şəxslər Şəhidlərin məzarları üstündəki bayraqları yandırıb, məzarların üstünü dağıdıblar. Hətta məzar daşlarını sındırmağa da cəhd ediblər. Hal-hazırda həyat yoldaşının və bir neçə Şəhid ailəsinin xiyabanda olduğunu deyən Şəhid anası bu saatlarda xiyabana yola düşdüyünü bildirib. Şəhid anasının dediyinə görə artıq məsələylə bağlı bir neçə nəfər də polis tərəfindən saxlanılıb. 
Bu dəqiqələrdə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həmin hadisəylə bağlı məlumat daxil olub. Məlumatda qeyd olunur ki, xəbər əsassızdır və orada belə hadisə baş verməyib. Xəbərin yalan olduğunu  təsdiq etmək üçün hadisə yerindən indicə çəkilmiş fotolar da məlumata əlavə edilib. 

Həmin fotoları da təqdim edirik:



Mövzu diqqətimizdədir.

Xəbərin vaxtı: 10-01-2017
Oxunma sayı: 273

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...