ANS işində şok gəlişmə: Mir Şahin və Vahid Naxış həbs ediləcək?

ANS işində şok gəlişmə: Mir Şahin və Vahid Naxış həbs ediləcək?
ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri həbs oluna bilər 

Millətinsəsi.info məlumat verir ki, Politika.Az-ı bilgiləndirən mənbənin iddialarına görə, Vahid Naxış və Mir Şahinin məsuliyyətə cəlb ediləcəyi gözlənilir. 

Telekanal rəhbərliyi tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb. Bu fakt ANS rəhbərliyi barəsində həbs qəti imkan tədbiri seçiləcəyi ehtimalını gücləndirir. 

Güman olunur ki, yanvardan ANS işinin təzədən dövriyyəyə qayıtması və gündəmə çıxarılması, eləcə də terrorçuluğu təbliğ etmə faktı ilə bağlı cinayət işi açılması rəhbərliyin həbsini şərtləndirir. 

Ehtimal edilir ki, terroru təbliğdə ittiham həbs qərarı olmadan açıq saxlana bilməz. İstintaq dövründə hansı addımlar atılacağı gözlənilir. Artıq Mir Şahin və Vahid Naxış, o cümlədən telekanalın digər vəzifəliləri ölkəni tərk edə bilməz. 

Vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, ANS TV ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub.

Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. 

Eyni zamanda Baş Prokrorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib.

Maraqlıdır ki, ANS Şirkətlər Qrupu rəhbərlik barəsində cinayət işinin açılması məsələsinə münasibət bildirərkən təkzib edib. 

Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov bildirib ki, ANS-in vəzifəli və rəhbər şəxsləri barədə cinayət işi açılmayıb və onların ölkəyə giriş-çıxışına heç bir məhdudiyyət yoxdur.

Mais Məmmədov bildirib ki, prokurorluq orqanları ilə bir daha əlaqə saxlanılıb və onlar həqiqətən də ANS-in vəzifəli şəxsləri barədə cinayət işinin olmadığını təsdiqləyiblər.

M.Məmmədov bu mövzuda məlumat yayan mənbələri belə həssas məsələlərdə ehtiyatlı olmağa, hər hansı spekulyasiyaya yol verməməyə çağırıb. 

ANS-in yaxın illərdə fəaliyyətini bərpa edəcəyi gözlənilmir. Hətta onun heç vaxt açılmayacağı iddiaları var. Daxili işlər naziri Ramil Usubovun Türkiyədəki çıxışı da bunu deməyə əsas verir. 

Nazir çıxışında bir neçə qəzetin və ANS televiziyasının bağlandığını vurğulayıb. Həmçinin, bu media orqanlarının Fətullah Gülənin təşkilatına dəstək verdiyini açıqlayıb. 

DİN rəhbərinin çıxışı kifayət edir ki, telekanalın taleyinin nə yerdə olduğu təsəvvürü yaransın. FƏTÖ-ya dəstəkdə ittiham olunan media orqanını yenidən işinə başlayacağı ən azı yaxın gələcəkdə görünmür. 

Üstəlik, bunu hakim partiya rəsmisi və ya deputat açıqlamır, birbaşa ölkənin daxili işlərinə məsul nazirin dilindən eşidirik.

Xəbərin vaxtı: 10-01-2017
Oxunma sayı: 364

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...