“Baku Bus”ın avtobusu qəza törətdi - Qadın öldü


Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.
Millətinsəsi.info Lent.az-a istinadən xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində "BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən "İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə "Nissan Qasqai” toqquşub.

Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.

Xəbərin vaxtı: 10-01-2017
Oxunma sayı: 176

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...