XİN Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə məlumatlara münasibət bildirib

Related image
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin İslam hərbi koalisiyasına qoşulması barədə məlumatlara münasibət bildirib. 

Millətinsəsi.info "Report"a istinadən xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur. 

"İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur", - deyə XİN rəsmisi bildirib. 

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 118

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...