Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib

Image result for azərbaycanda
Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.
 
Millətinsəsi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.
 
İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.
 
Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 202

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...