Bakı Fond Birjasının dövriyyəsi 33% azalıb

Image result for pul dövriyyəsi
Ötən il ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 5 698 339 992,89 manat təşkil edib ki, bu da 2015-ci il ilə müqayisədə 32,61% azdır.
Millətinsəsi.info bu barədə BFB-yə istinadən xəbər verir.
Hesabata əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 40,2 dəfə artaraq 836,2 mln. manata yüksəlib. Bunun 567,4 mln. manatı Maliyyə Nazirliyinin dövlət istiqrazları, 268,8 mln. manatı isə Mərkəzi Bankın notlarının payına düşüb.
Qeyd olunan dövrdə pay bazarı 57,8% azalaraq 118,0 mln. manat təşkil edib. Borc alətləri bazarı isə 6,1 dəfə azalaraq 301,5 mln. manata enib.

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 167

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...