DİN "İraq Hava Yolları"nın Bakıdakı işçisinin qətli barədə məlumat yaydı

Image result for daxili işlər nazirliyi
Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı "Dəmirçi Plaza” ofisində törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Millətinsəsi.info-nun DİN-ə istinadən məlumatına görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.
Xətai rayon Polis İdarəsi 37-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 119

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: