Hillari Klinton bir daha seçkilərdə iştirak etməyəcək


"ABŞ prezidentliyinə namizəd Hilları Klinton bir daha seçkilərdə iştirak etməyəcək. Düşünürəm ki o, insanlara, uşaqlara və sadə ailələrə yardım göstərməyə üstünlük verəcək. Hillari Klinton ömrü boyu məhz bununla məşğul olub. Güman etmirəm ki, o bundan sonra hər hansı seçkilərdə iştirak etsin”.
Millətinsəsi.info xarici mediaya istinadən xəbər verir ki, bunu sabiq dövlət katibinin nümayəndəsi Nira Tanden bildirib.
Qeyd edək ki, bir müddət öncə "New York Daily News” qəzeti Hilları Klintonun Nyu-Yorkun meri postuna namizədliyini irəli sürəcəyi barədə məlumat verib. Nyu-York merinin seçkiləri isə noyabrın 7-də baş tutacaq.

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 124


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: