Movses Akopyan: "Azərbaycan əsgərinin meyiti erməni tərəfindədir”

 

Azərbaycan hərbçisinin meyiti hələ də erməni tərəfində qalır.

Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu bu gün jurnalistlərə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan deyib.

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu həlak olub və onun meyiti düşmən tərəfində qalıb.

Müdafiə və Xarici İşlər nazirlikləri, eləcə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu müddət ərzində əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə dəfələrlə rəsmi qaydada müraciət ediblər.

Amma qarşı tərəf konkret olaraq heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır.



Xəbərin vaxtı: 08-01-2017
Oxunma sayı: 126

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...