Bağdadda növbəti partlayış törədilib, bir gündə 23 nəfər ölüb

 

Bu gün Bağdadda ikinci dəfə partlayış törədilib.

 

Millətinsəsi.info-nun "Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, paytaxtın Baladiyat rayonunda bazarda terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

 

Partlayış nəticəsində 10 nəfər ölüb.

 

Qeyd edək ki, bundan öncə Bağdadın Cəmilə rayonunda bazarda bomba yüklü avtomobilə partlayış törədilib. Partlayış nəticəsində 13 nəfər ölüb, 50 nəfər yaralanıb. Bu partlayışa görə artıq İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb. Son partlayışa görə isə hələ ki, məsuliyyəti öz üzərinə götürən yoxdur. 



Xəbərin vaxtı: 08-01-2017
Oxunma sayı: 136

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...